IMG-LOGO

Güləş üzrə dünya çempionu Dayanç Omirov 6 illik diskvalifikasiya edilib

12 May 2026 14:48 4 baxış
IMG

Koreş güləşi üzrə dünya çempionatının qalibi olan türkmənistanlı Dayanç Omirov antidopinq qaydalarını pozduğuna görə 6 illik diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.

Ötən ilin avqustunda götürülən dopinq testində qadağan olunmuş maddələr aşkarlandığı üçün idmançı diskvalifikasiya edilib.

Dayanç Omirovun 29 yaşı var. O, 2023-cü ildə dünya çempionu olub.

Xəbər lenti