Çin-ABŞ iqtisadi və ticarət münasibətləri qarşılıqlı faydalı xarakter daşıyır.
"Report" "CCTV+"yə istinadən xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun bildirib.
"Hər iki ölkə, liderlər tərəfindən əldə edilmiş mühüm razılaşmaların reallaşdırılması üzrə birgə işləməli, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığının eləcə də, dünya iqtisadiyyatının daha böyük sabitliyini təmin etməlidir", - o deyib.
Xatırladaq ki, mayın 13-də ABŞ Prezidenti Donald Trampın Çinə səfəri gözlənilir.