IMG-LOGO

Azərbaycanda sənaye istehsalı cüzi artıb

12 May 2026 12:52 2 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində məhsul istehsal edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

Bununla belə, son 1 ildə qeyri-neft-qaz sənaye istehsalının dəyəri 7,2 % artaraq 7 milyard 92,2 milyon manat təşkil edib.

Xəbər lenti