IMG-LOGO

Kəlbəcərdə hərbçilərin minaya düşməsi ilə bağlı araşdırma aparılır

12 May 2026 10:46 27 baxış
IMG

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

"Report" xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Mənbə: report.az

Xəbər lenti