IMG-LOGO

Hospital: Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir

12 May 2026 10:48 7 baxış
IMG

Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.

Bu barədə "Report"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:

"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".

Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

Xəbər lenti