Braziliyanın ən böyük şəhəri San-Pauluda qaz partlayışından qaynaqlandığı ehtimal edilən yanğın baş verib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə bazar ertəsi günü şəhər mərkəzindən təxminən 16 kilometr aralıda yerləşən Jaguare məhəlləsində baş verib.
Yanğınsöndürmə idarəsinin məlumatına görə, hadisə nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib və xəsarət alanlar var. Yaralıların dəqiq sayı hələ müəyyən edilməyib.
Yerli mediada yayılan görüntülərdə binaların dam örtüyünün çökdüyü və ərazidə qalın tüstü qalxdığı görünür.
Yanğını söndürmək üçün hadisə yerinə on iki yanğınsöndürmə briqadası göndərilib. Partlayışın səbəbi araşdırılır.