Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar BMT Baş katibinin Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi Jan Arno ilə görüşüb və ABŞ-İran danışıqları barədə fikir mübadiləsi aparıb.
"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Jan Arno regional sülh və sabitlik üçün Pakistanın diplomatik səylərinə görə BMT baş katibinin (Antonio Quterreşin – red.) dərin minnətdarlığını çatdırıb və bu xüsusda təşkilatın davamlı dəstəyini ifadə edib", - məlumatda bildirilib.
Pakistanın XİN rəhbəri ilə BMT rəsmisi arasında digər regional proseslər də müzakirə olunub.