Tramp administrasiyası Ukraynaya yardımı 99% azaldıb və eyni zamanda Rusiya ilə daha əlverişli münasibətlər qurmağa çalışıb.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kiyev və Vaşinqton arasındakı münasibətlər tədricən pisləşir və Ukrayna üçün geriləmələr müşahidə olunur.
Nəşr xatırladır ki, Tramp vəzifəyə başladıqdan bir ay sonra o və ətrafı Ağ Evdə keçirilən görüşdə Volodimir Zelenskiyə təzyiq edib. Eyni zamanda, ABŞ administrasiyası Kiyevə dəstəyin kəskin şəkildə azalması fonunda Moskvanın rəğbətini qazanmağa çalışırdı.
Nəşrin məlumatına görə, ABŞ-İsrail müharibəsinin başlamasından sonra Ukrayna ilə bağlı danışıqlar faktiki olaraq dalana dirənib və Kiyev daha uzunmüddətli münaqişəyə və Amerika dəstəyinin azalmasına hazırlaşmağa başlayıb.
Qəzet bildirir ki, Zelenski İran ətrafındakı münaqişə səbəbindən amerikalı danışıqçıların "Ukrayna üçün vaxt tapmamasından" şikayətlənib. Bundan əlavə, Zelenski Vaşinqtonun Rusiya neftinə qarşı sanksiyaları qismən yumşaltmaq qərarını tənqid edib.