Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev Trinidad və Tobaqonun təşkilatdakı daimi nümayəndəsi Neil Parsanı qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Ölkələrimiz və nümayəndəliklərimiz arasındakı səmərəli əməkdaşlığı məmnunluqla qeyd etdik və BMT gündəliyindəki qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.