Daim kabus görmək və ya keyfiyyətsiz yuxu ilə barışmaq insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün təhlükəli hesab olunur. Uzunmüddətli stress travmatik hadisələrin yuxularda yenidən yaşanmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, sağlam yuxu insan həyatında mühüm rol oynadığı üçün onun mümkün qədər tez bərpa olunması vacibdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kabuslardan qurtulmağın ilk üsulu “fleşbek texnikası” adlanır.
ABŞ-li psixoterapevtlərin posttravmatik stress pozuntusu ilə işləyərkən istifadə etdikləri bu metod kabuslu yuxuya müsbət sonluq düşünməkdən ibarətdir. Tövsiyə olunur ki, həmin sonluq kağıza və ya telefon qeydlərinə yazılsın və yatmazdan əvvəl iki dəfə oxunsun.
Məsələn, müharibə zamanı ağır hadisələr yaşamış bir döyüşçü yuxusunda partlayışdan qaçdığını və böyük bir çuxura düşdüyünü görürmüş. Bu səbəbdən o, tez-tez soyuq tər içində oyanırmış. Psixoterapevtlə birlikdə yuxunun sonluğu dəyişdirilib: artıq o, çuxura deyil, isti su ilə dolu hovuzun içinə tullanırdı. Bildirilir ki, bundan sonra həmin kabus təkrarlanmayıb.
Digər üsul isə “təhlükəsizlik texnikası” adlanır. Bu metod “fleşbek texnikası”nın genişləndirilmiş formasıdır və yuxuda ümumiyyətlə təhlükə hissinin olmamasını nəzərdə tutur.
yatmaq kabus kabus görməmək üçün üsullar