IMG-LOGO

Şimali Makedoniya bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu sürətləndirib

11 May 2026 12:41 30 baxış
IMG

Şimali Makedoniya bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu sürətləndirib.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Şimali Makedoniyanın energetika, mədən sənayesi və mineral ehtiyatlar naziri Sanya Bojinovska Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzusunda keçirilən panel sessiyasında bildirib.

"Biz artıq enerji qanununu sistemə daxil etmişik və 2021-ci ildə onu Avropa qaydalarına uyğunlaşdırdıq. Hesablaşmalar baxımından sistemi nizama saldıq və bütün prosedurları sadəcə sürətləndirdik. Biz tarifləri dəyişdik və eyni zamanda ciddi müzakirələr apardıq, müxtəlif variantlar üzərində işlədik və fəaliyyətimizi yaxşılaşdırmaq üçün əlavə dəstək aldıq. Bu dəstək 18 mayadək davam edəcək. Şimali Makedoniyanln enerji sistemi regionda ən sabit sistemlərdən biridir",-nazir əlavə edib.

Bajinivska diqqətə çatdırıb ki, sərhəd keçidlərində Serbiya və Albaniya istiqamətində istehlak artımı müşahidə olunur: "Hətta 30%-ə qədər tələbin artdığını görürük. Bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu bir qədər sürətləndirmişik. İlk dəfə burada materiallar, resurslar və bütün dövlət layihələri üzrə planlar mövcuddur. Bir çox layihələr var, batareyalar, enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri üzrə işlər gedir. 2025-ci ildə bərpa olunan enerji üzrə quraşdırılmış güc 58 %-ə çatıb, istehsal göstəricisi isə 49,6 % olub. Bu, çox yaxşı nəticədir və hesab edirəm ki, bu il də proses davam edəcək".

Mənbə: report.az

Xəbər lenti