IMG-LOGO

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalı xərcini 53 %-ə yaxın artırıb

11 May 2026 11:47 27 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 94,1 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 22,856 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50 % çoxdur.

4 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 11,6 % artaraq 5,998 milyard ABŞ dollarına, aprel ayında isə 28,5 % artaraq 1,772 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 599,438 milyon dolları (1 il əvvələ nisbətən 15,8 % çox), Almaniya 454,389 milyon ABŞ dolları (3,8 % çox) və ABŞ 433,858 milyon ABŞ dolları (49,5 % çox) dəyərində həyata keçirib.

Mənbə: report.az

Xəbər lenti