IMG-LOGO

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

11 May 2026 11:49 24 baxış
IMG

Fransanın səhiyyə naziri Stefani Rist "MV Hondius" kruiz gəmisindən təxliyə edilən Fransa vətəndaşında hantavirusa yoluxma halının təsdiqləndiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o "France Inter"in efirində bildirib.

Nazir qeyd edib ki, Fransaya qayıtdıqdan sonra qadında xəstəlik simptomları yaranıb, aparılan PCR-testləri isə müsbət nəticə verib.

Ristin sözlərinə görə, pasiyent yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Həmçinin bildirilib ki, "MV Hondius"dan Fransaya qayıdan daha dörd fransız sərnişin təcrid olunub. Səhiyyə Nazirliyinin rəhbəri qeyd edib ki, onlar "növbəti göstərişə qədər" ixtisaslaşdırılmış palatalara yerləşdiriliblər.

Bu sərnişinlərdə hantavirus testləri mənfi nəticə verib. Bir neçə gündən sonra onlar təkrar testdən keçəcəklər.

Stefani Rist qeyd edib ki, bu, Fransada hantavirusa ilk təsdiqlənmiş yoluxma halıdır.

Mənbə: report.az

Xəbər lenti