IMG-LOGO

Ələtdə pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

11 May 2026 11:52 26 baxış
IMG

Bakının Ələt qəsəbəsində qadın 4-cü mərtəbədən yıxılıb.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Aynur Alim qızı Səfərova Ələt qəsəbəsində yaşadığı evin pəncərəsini silərkən 4-cü mərtəbədən ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti