IMG-LOGO

Premyer Liqada cari mövsümün ikinci ən erkən qolunu Emin Mahmudov vurub

11 May 2026 11:53 51 baxış
IMG

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən erkən qollarından biri vurulub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XXXI turun "Neftçi" – "Şamaxı" matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da "Şamaxı" ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

Mənbə: report.az

Xəbər lenti