IMG-LOGO

Premyer Liqanın XXXI turu Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub

11 May 2026 12:04 48 baxış
IMG

Misli Premyer Liqasının XXXI turu Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. "Karvan-Yevlax"la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, "Sumqayıt"da 82 (17 qol), "Zirə"də 70 (10 qol), "Turan Tovuz"da 48 (4 qol) görüşə çıxıb.

Mənbə: report.az

Xəbər lenti