IMG-LOGO

ABŞ əsgərləri təlimdə itkin düşdü, birinin meyiti tapıldı

11 May 2026 09:45 8 baxış
IMG
2 0

Birgə axtarış-xilasetmə əməliyyatı nəticəsində Mərakeşin cənubunda keçirilən “African Lion” hərbi təlimləri zamanı itkin düşən iki amerikalı hərbçidən birinin cəsədi tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Ordu komandanlığının verdiyi məlumata görə, ABŞ ordusunun bölmələri ilə birgə keçirilən intensiv axtarış tədbirləri nəticəsində Kap Draa bölgəsində qayalıq uçurumda meyit aşkarlanıb. Tapılan cəsəd helikopter vasitəsilə Quelmim şəhərində yerləşən hərbi hospitalın morquna aparılıb.

Hazırda itkin düşən ikinci hərbçinin axtarışları davam etdirilir. Daha əvvəl bildirilib ki, hər iki əsgər sonuncu dəfə Kap Draa bölgəsində yerləşən hərbi poliqon yaxınlığındakı sahil qayalığında görülüb.

Onların qayalıqdan Atlantik okeanına düşmüş ola biləcəkləri ehtimal edilir və Pentaqon mənbəsinin sözlərinə görə, boğulmaları da istisna edilmir.

Axtarış əməliyyatına hərbi-dəniz qüvvələrinə məxsus bir neçə gəmi, “Atlas” xüsusi təyinatlı dəstəsi, eləcə də hərbi mühəndis bölmələri cəlb olunub. Əməliyyatda helikopterlər və döyüş pilotsuz uçuş aparatlarından istifadə edilir.

Hadisələr dünyadan xəbərlər ABŞ itkin

Xəbər lenti