IMG-LOGO

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər BİLİNDİ

11 May 2026 09:26 31 baxış
IMG
0 0

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

mədəniyyət xəbərləri Kinematoqrafçılar İttifaqı

Mənbə: lent.az

Xəbər lenti