IMG-LOGO

CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb

11 May 2026 05:08 32 baxış
IMG

Amerika hərbçiləri Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.

"Report"un xəbərinə görə, bu barədə CNN teleşirkəti mənbələrə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, 4 fevraldan bəri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Donanması ada sahillərində azı 25 uçuş həyata keçirib. Missiyaların əksəriyyəti Havana və Santyaqo-de-Kuba yaxınlığında baş tutub.

Qeyd olunur ki, ABŞ hərbçiləri bu missiyalar üçün əsasən "P-8A Poseidon" dəniz müşahidə təyyarələrindən istifadə edib.

Bundan əlavə, əməliyyatlarda "RC-135V Rivet Joint" kəşfiyyat təyyarələri və "MQ-4C Triton" pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.

Mənbə: report.az

Xəbər lenti