IMG-LOGO

Ağ Ev: Tramp Pekin səfəri zamanı Çinlə münasibətləri sabitləşdirmək niyyətindədir

11 May 2026 05:58 29 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp 14-15 mayda Çinə səfəri zamanı Vaşinqton və Pekin arasındakı münasibətlərin sabitləşdirilməsi ilə məşğul olmaq niyyətindədir.

"Report"un məlumatına görə, Ağ Evin nümayəndəsi Anna Kelli bu barədə bildirib.

"Bu səfər zamanı Prezident Tramp son bir ildə gördüyü işi davam etdirəcək, Çinlə münasibətləri bərpa edəcək", - "Daily Wire"in jurnalisti Meri Olohan "X" sosial media platformasında onun sözlərini sitat gətirib.

A.Kellinin sözlərinə görə, Amerika lideri həmçinin ABŞ-nin iqtisadi müstəqilliyinin bərpasına xüsusi diqqət yetirmək niyyətindədir.

Mənbə: report.az

Xəbər lenti