Ümumdünya Şəhərsalma Forumunun Qarabağda keçirilməsi bizi çox sevindirir.
Bu fikirləri "Report"un Xankəndinə ezam olunan əməkdaşına WUF13 festivalının iştirakçısı Ziya Hüseynov səsləndirib.
"Belə tədbirlərin Qarabağda, Xankəndidə, Şuşada keçirilməsi bir daha bu yerlərin bizim üçün nə qədər önəmli olmasından xəbər verir. Xüsusi vurğulamaq istəyirəm ki, həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinin qeyd olunması, həm də Ümumdünya Şəhərsalma Forumunun məhz Xankəndidə keçirilməsi hər birimizdə sevinc, fərəh hissi doğurur", - o əlavə edib.
Mənbə: report.az