IMG-LOGO

Yevlaxda mikroavtobus aşdı, 22 yaralı var-YENİLƏNİB

10 May 2026 16:00 31 baxış
IMG
8 1

Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10.05.2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.

***

saat 08.26

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

yevlax qəza

Mənbə: lent.az

Xəbər lenti