IMG-LOGO

ABŞ-nin "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib

10 May 2026 14:32 33 baxış
IMG

Amerikanın "Lockheed Martin F-35 Lightning II" qırıcısı Ərəbistan yarımadası üzərində səmada fövqəladə vəziyyət barədə siqnal verib.

"Report" xəbər verir ki, bu, təyyarələrin izlənilməsi xidməti olan "Flight Radar"ın məlumatlarında öz əksini tapıb.

Məlumata görə, 13-5067 qeydiyyat nömrəli qırıcı Bakı vaxtı ilə təxminən saat 12:04-də havaya qalxıb, daha sonra isə qəza siqnalı verib. Xidmətin məlumatına əsasən, təyyarə Oman körfəzi və Oman üzərindən uçurmuş.

Təyinat məntəqəsi və insidentin detalları hələ ki məlum deyil.

Mənbə: report.az

Xəbər lenti