IMG-LOGO

Distant təhsil modeli üzərində işləyirik-Nazir

10 May 2026 12:02 31 baxış
IMG
0 0

Bu ildən distant təhsil modeli üzərində işləyirik.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil alırlar: “Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək.”

Elm və təhsil naziri Emin Əmrullayev distant təhsil

Mənbə: lent.az

Xəbər lenti