IMG-LOGO

Çilidə 5,8 bal gücündə zəlzələ olub

10 May 2026 07:53 35 baxış
IMG

Çilinin mərkəzində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 22.000 əhalisi olan Lebu şəhərindən 34 km cənub-qərbdə, episentri 23 km dərinlikdə yerləşib.

Hazırda itki və ya dağıntı barədə məlumat yoxdur.

Mənbə: report.az

Xəbər lenti