IMG-LOGO

Konqoda silahlı şəxslərin hücumunda 69 nəfər ölüb

10 May 2026 03:02 34 baxış
IMG

Konqo Demokratik Respublikasında silahlı şəxslərin hücumu nəticəsində ən azı 69 nəfər həlak olub.

"Report"un "AFP"yə istinadən verdiyi məlumata görə, bu barədə agentliyə yerli mənbələr və təhlükəsizlik qurumlarının nümayəndələri məlumat veriblər.

Qeyd olunub ki, hücum ölkənin qanunsuz silahlı qruplaşmaların fəaliyyəti səbəbindən vəziyyətin gərgin olaraq qaldığı bölgələrindən birində baş verib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənbə: report.az

Xəbər lenti