IMG-LOGO

Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur

09 May 2026 14:20 4 baxış
IMG

Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.

Qurum rəsmisi yarışın mükafat fondu ilə bağlı danışıb:

"Yarışın mükafat fondu 50 min avrodan çoxdur. Bu mükafat qaliblər arasında bölünəcək. Həm sprint həm də dağ velosipedlərin yarışında hər mərhələnin qalibi mükafatlandırılacaq".

"Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək imkanımız var. Növbəti illərdə yarışın Kəlbəcərdə də keçirilməsi planlaşdırılır. " - deyə o bildirib.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Xəbər lenti