IMG-LOGO

7 azərbaycanlının olduğu gəmi Qara dənizdə ilişib qaldı

09 May 2026 10:45 4 baxış
IMG
1 0

Göyərtəsində 7 azərbaycanlının olduğu Kamerun bayraqlı “NİNOVA” tankeri sahilə çıxarılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. Məlumata görə, hadisə Qara dənizin Sakarya sahillərində, daha dəqiqi Qarasu ərazisində baş verib.

Gəminin göyərtəsində 1-i türkiyəli və 7-si azərbaycanlı olmaqla, 8 nəfər heyət olub. Tanker başqa bir gəmiyə qoşqu vasitəsilə quruya çıxarılıb.

Daha sonra dənizə mümkün sızıntının qarşısını almaqda ötrü “NİNOVA”nın ətrafına qoruyucu baryer çəkilib. Hazırda gəminin yenidən dənizə çıxarılıb yola davam etməsi üçün tədbirlər görülür.

Hadisələr gəmi Türkiyə tanker Qara dəniz

Xəbər lenti