IMG-LOGO

Azərbaycandan Ermənistana 479 ton dizel göndərildi

09 May 2026 10:31 7 baxış
IMG
0 0

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Azərbaycan Ermənistan tranzit qatar taxıl gübrə dizel

Xəbər lenti