IMG-LOGO

Qulaqlıq istifadəçiləri elektrik cərəyanı hiss edə bilərlər. - XƏBƏRDARLIQ

09 May 2026 05:26 2 baxış
IMG
0 0

Simsiz qulaqlıq istifadəçiləri zaman-zaman yüngül elektrik cərəyanı hiss edə bilərlər. Bu barədə “BGR” nəşri məlumat yayıb.

Portalın müəllifləri bildiriblər ki, simsiz qulaqlıqlar statik elektrik cərəyanı toplaya və insan dərisi ilə təmas zamanı onu qəfil vura bilər. Məqalədə qeyd olunur ki, belə yüngül elektrik zərbələri sağlamlığa ciddi ziyan vurmasa da, narahatlıq yarada bilər. Mütəxəssislər qulaqlıqdan istifadə zamanı elektrik cərəyanı vurma riskini azaltmağın yollarını sadalayıblar.

“BGR” portalının jurnalistləri “Apple” şirkətinin xəbərdarlığına istinad ediblər. Belə ki, şirkətin rəsmi bildirişinə görə, “AirPods” qulaqlıqları statik elektrik toplaya bilər. Problemin qarşısını almaq üçün şirkətin mühəndisləri havanın rütubət səviyyəsini artırmağı tövsiyə ediblər. Bunun üçün otaqda nəmləndirici və ya kondisionerdən istifadə etmək mümkündür. Həmçinin hava üçün antistatik spreylər, quru dəri üçün antistatik losyonlar almaq və xüsusi antistatik ayaqaltılardan istifadə etmək məsləhət görülür.

Məqalədə vurğulanır ki, süni materiallardan hazırlanmış geyimlər də statik elektrikin toplanmasına səbəb olur. Buna görə mütəxəssislər təbii parçalardan hazırlanmış geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Statik elektrik boşalması riski qış aylarında daha yüksək olur, çünki bu mövsümdə hava digər fəsillərlə müqayisədə daha quru olur.

qulaqlıq

Xəbər lenti