IMG-LOGO

ABŞ Vaşinqtonda İsrail-Livan sülh danışıqlarının anonsunu verib

09 May 2026 02:07 29 baxış
IMG

İsrail və Livan nümayəndələri 14-15 mayda Vaşinqtonda hərtərəfli sülh və təhlükəsizlik sazişinin bağlanmasına yönəlmiş ətraflı müzakirələr aparacaqlar.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqot bildirib.

Onun sözlərinə görə, danışıqlar davamlı sülh, Livanın bütün ərazisi üzərində suverenliyinin bərpası, sərhədlərin delimitasiyası, həmçinin humanitar yardım və yenidənqurma mexanizmlərinin yaradılması barədə razılaşmalar üçün çərçivə yaradacaq.

ABŞ Dövlət Departamenti Vaşinqtonun tərəflərin prosesdə iştirakını alqışladığını vurğulayıb və qeyd edib ki, uzunmüddətli sülh Livanda dövlət hakimiyyətinin tam bərpası, ABŞ tərəfindən terror təşkilatı kimi tanınmış "Hizbullah" hərəkatının tərksilah edilməsi ilə mümkündür.

Xəbər lenti