IMG-LOGO

Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Berlində bürünc medal qazanıb

08 May 2026 22:08 29 baxış
IMG

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya seriyasında bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında uğurlu çıxış edib.

O, 1:03.42 nəticə göstərərək gənclər arasında bürünc medala sahib çıxıb.

Xəbər lenti