IMG-LOGO

Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub

08 May 2026 18:49 53 baxış
IMG

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzub

"Report" xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə uduzub.

Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə məğlub olmuşdu.

Görüşlər Binə stadionunda keçirilir.

Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.

Mənbə: report.az

Xəbər lenti