IMG-LOGO

AKİ-nin qurultayqabağı iclası olub, sədrlik postuna iki namizəd olacaq

08 May 2026 16:30 17 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayının vaxtı mayın sonunda məlum olacaq.

İttifaqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məkan hazırlıqlarına uyğun olaraq hələ ki tarix müəyyən edilməyib.

İdarə Heyətinin bugünkü iclasında AKİ sədrliyinə iki nəfərin namizədliyinin irəli sürüləcəyi qərara alınıb.

Namizədlərin adı mayın sonundakı iclasda açıqlanacaq.

Xatırladaq ki, 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev 2026-cı il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Xəbər lenti