IMG-LOGO

Ötən il 34 talassemiyalı şəxs sümük iliyi nəqli üçün Türkiyəyə göndərilib

08 May 2026 16:39 30 baxış
IMG

2025-ci il ərzində yaxın donoru tapılmayan 34 talassemiya xəstəsi sümük iliyinin transplantasiyası üçün Azərbaycandan Türkiyəyə göndərilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə də donor tapılmayan bir qrup pasiyentin müalicəsi məqsədilə xaricdə transplantasiya imkanlarından istifadə olunub.

Qeyd edək ki, Azərbaycanda 2023-cü ildən etibarən sümük iliyinin transplantasiyasının təkmilləşdirilməsi proqramına başlanılıb. Proqram fəaliyyətə başladığı il ərzində 25-ə yaxın xəstə, 2024-cü ildə isə donoru tapılmayan 35 talassemiya xəstəsi sümük iliyinin transplantasiyası üçün Türkiyəyə göndərilib. Orada həmin şəxslərə uyğun donor tapılıb və sümük iliyi nəqli əməliyyatı icra edilib.

Xatırladaq ki, 8 May – Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.

Mənbə: report.az

Xəbər lenti