IMG-LOGO

Spruds: Dron qalmaqalından sonra müdafiə naziri postundan getməyə hazıram

08 May 2026 16:41 29 baxış
IMG

Latviyanın müdafiə naziri Andris Spruds Ukrayna Silahlı Qüvvələrinin dronlarının ölkənin hava məkanına müdaxiləsindən sonra istefaya getməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, o bu barədə ölkənin İctimai Televiziyasının (LSM) efirində bəyan edib.

"Pilotsuz uçuş aparatı (PUA) vurulmalıdır - bu, ilk növbədə, Silahlı Qüvvələrin rəhbəri və siyasi lider kimi mənim məsuliyyətimdir. Məsuliyyəti öz üzərimə götürürəm", - A.Spruds qeyd edib

Nazir əlavə edib ki, onun və Silahlı Qüvvələrin rəhbərliyinin vəzifəsi ordunun PUA-ları vurmaq imkanlarını artırmaqdır.

Mənbə: report.az

Xəbər lenti