IMG-LOGO

"Şamaxı"nın futbolçusu David Santos əməliyyat olunacaq, 4-5 ay oynaya bilməyəcək

08 May 2026 14:52 57 baxış
IMG

"Şamaxı"nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.

Buna braziliyalı müdafiəçinin "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnməsi sabəb olub.

İlk hissədə əvəzlənən oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.

Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində "Şamaxı"ya keçmişdi.

Mənbə: report.az

Xəbər lenti