Akademik Milli Dram Teatrı heç kəsin teatrı deyil, buraya başqa teatrlardan aktyor-aktrisanın dəvət edilməsi normaldır.
Bunu "Report"a müsahibəsində aktrisa Lalə Süleymanova deyib.
Aktirsanın sözlərinə görə, başqa bir teatrda dəvət gələcəyi təqdirdə o da gedib çalışa bilər.
"Sabah məni başqa teatra dəvət edəcəklər, gedəcəyəm, ya başqa teatrdan kimisə dəvət edirlər, gəlir, oynayır. Burada qəribə heç nə yoxdur".
Lalə Süleymanova bir zamanlar Akademik Milli Dram Teatrının bədii rəhbəri olan Mehriban Ələkbərzadə ilə münasibətlərindən də danışıb.
"Mənə deyirdilər ki, onunla işləmək çətindir, amma belə bir şey yoxdur, mən hiss etməmişəm. Mehriban xanımla çox rahat işləmişik, dil tapmışıq və mən ondan çox şey öyrənmişəm".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Mənbə: report.az