IMG-LOGO

Azərbaycan və Belarus Sumqayıtda birgə qarışıq gübrə istehsalına hazırlaşır

08 May 2026 13:51 36 baxış
IMG

Qarışıq gübrələrin istehsalı üzrə birgə Azərbaycan-Belarus layihəsinin reallaşdırılmasına hazırlıq işləri yekun mərhələdədir.

"Report" xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Belarus Universal Əmtəə Birjasının Bakıda keçirdiyi "Bizneslə açıq dialoq" seminarında çıxışı zamanı bildirib.

T.Hacılı qeyd edib ki, 2026-cı ilin birinci rübünün yekunları üzrə Azərbaycanla Belarus arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 11 % artıb.

"Hazırda qarışıq gübrələrin birgə istehsalının təşkili üçün fəal hazırlıq işləri aparılır. Tezliklə Sumqayıtda həyata keçiriləcək bu layihə qarşılıqlı ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərəcək, həmçinin məhsulların üçüncü ölkələrə ixracını əhatə edəcək. Bundan başqa, digər birgə təşəbbüslərin ətraflı şəkildə nəzərdən keçirilməsi davam edir", - T.Hacılı bəyan edib.

Mənbə: report.az

Xəbər lenti