IMG-LOGO

Emomali Rəhmon Çinə səfər edəcək

08 May 2026 13:57 35 baxış
IMG

Gələn həftə Tacikistan prezidenti Emomali Rəhmon dövlət səfəri ilə Çinə gedəcək.

"Report" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, səfər ÇXR sədri Si Cinpinin dəvəti ilə təşkil olunub.

"Tacikistan Prezidenti Emomali Rəhmon mayın 11-dən 14-dək Çinə dövlət səfəri edəcək", - məlumatda deyilir.

Mənbə: report.az

Xəbər lenti