Azərbaycandan Belarusa ixracın həcminin artırılmasına ehtiyac var.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Belarus Universal Əmtəə Birjasının (BUƏB) Bakıda keçirdiyi "Bizneslə açıq dialoq" seminarında bildirib.
"Ötən ildən əmtəə birjasında qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin sayı artıb. Lakin, təəssüf ki, biz BUƏB platforması vasitəsilə Azərbaycandan Belarusa ixracın artımını görmürük - müsbət dinamika yalnız Azərbaycana idxal istiqamətində müşahidə olunur. Bununla əlaqədar mən şirkətlərimizi ixrac sahəsində də daha fəal işləməyə çağırmaq istərdim", - T.Hacılı bildirib.
Mənbə: report.az