IMG-LOGO

Çində zavodda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

08 May 2026 10:37 31 baxış
IMG

Hunan əyalətində (Mərkəzi Çin) fişəng istehsalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə Xinhua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan başqa, bir nəfər itkin düşmüş hesab olunur, 51 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri əsasən başa çatıb.

Partlayış bazar ertəsi fişəng istehsalı ilə məşğul olan "Huasheng" müəssisəsinin sexində baş verib.

Mənbə: report.az

Xəbər lenti