IMG-LOGO

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb

08 May 2026 09:35 33 baxış
IMG

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.

"Report" xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.

İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.

Mənbə: report.az

Xəbər lenti