IMG-LOGO

Dərnəgül dəmir yolu dayanacağı sərnişinlərin istifadəsinə verildi

08 May 2026 08:59 38 baxış
IMG
1 0

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verib.

"APA-Economics" xəbər verir ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaqda turniket binaları, yerüstü keçid və 4 platforma artıq sərnişinlərin xidmətindədir.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişləndirərək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan edilir.

Dərnəgül

Mənbə: lent.az

Xəbər lenti