Almaniya vətəndaşları arasında keçirilən sorğuda iştirak edənlərin təxminən 83 faizi Fridrix Mertsin Kansler vəzifəsində 1 il ərzindəki fəaliyyətindən narazıdır.
"Report" xəbər verir ki, bunu "Infratest dimap" tərəfindən ARD telekanalı üçün aparılan sorğunun nəticələri göstərir.
Nəticələrə əsasən, Almaniya hökumət başçısının işindən respondentlərin yalnız 16 %-i razıdır, bu da aprel ayı ilə müqayisədə 5 faiz bəndi (f.b.) azdır. Bu, hazırkı Kansler üçün bu araşdırma çərçivəsində indiyədək qeydə alınmış ən pis göstəricidir.
Bundan əlavə, əhali Kanslerin kommunikasiyasını kritik qiymətləndirir. Almaniya sakinlərinin yalnız 14 %-i onun ünsiyyət tərzini inandırıcı hesab edir, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 20 f.b. aşağıdır. Digər tərəfdən, 82 %-i (üstəgəl 21 f.b.) bununla razılaşmır.
Sorğu 4-6 may tarixlərində keçirilib, 1 303 nəfər iştirak edib.
Qeyd edək ki, daha əvvəl "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğuda da oxşar nəticələr olub.