Venesuelada seçkilər Donald Trampın ABŞ Prezidenti vəzifəsində səlahiyyətləri başa çatana qədər keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin rəhbəri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz doğru istiqamətdə irəliləyirik, düşünürəm ki, bu, Tramp administrasiyası dövründə mümkün olan ən qısa müddətdə baş verəcək", - o deyib.
Rayt, eyni zamanda qeyd edib ki, prosesi həddindən artıq sürətləndirmək lazım deyil, seçkilər tərəqqi və sabit iqtisadiyyat şəraitində keçirilməlidir.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatır.