Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında lider "Neftçi" İK mükafatlar uğrunda mübarizə aparan "Baku Fire" ilə qarşılaşıb.
"Ağ-qaralar" rəqibini 5:1 hesabı ilə məğlub edib.
Günün ikinci oyununda "Araz-Naxçıvan" 12:2 hesabı ilə U-19 yığmasına qalib gəlib.
Bu tur 3 xalı meydana çıxmadan "Şuşa" hesabına yazdırıb.