Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.