Naməlum şəxslər Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayevi Kaluqada güllələyərək öldürüblər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, cinayət mayın 7-si gecəsi baş verib. Məlumatı onun ən son işlədiyi klub da təsdiqlənib.
Digər xəbərə görə, hücum edən İsayevin sevgilisinin keçmiş sevgilisi törədib və o, ov tüfəngindən atəş açıb.
Şübhəli saxlanılıb. Onun 41 yaşı var və qətldən sonra qaçmağa cəhd edib, lakin təhlükəsizlik qüvvələri onu Kaluqa şəhəri yaxınlığında saxlayıb.
Hadisələr