IMG-LOGO

Makron tərəfləri Hörmüz boğazından təhlükəsiz naviqasiyanı təmin etməyə çağırıb

07 May 2026 00:39 5 baxış
IMG

Fransa Yaxın Şərqdə davam edən gərginlik və Hörmüz boğazında gəmilərə edilən hücumlardan dərin narahatdır.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında bildirib.

"Davam edən eskalasiya ilə bağlı ciddi narahatlığımı bildirdim və BƏƏ-nin mülki infrastrukturuna və bir neçə gəmiyə edilən əsassız hücumları qınadım. Bütün tərəflər Hörmüz boğazının blokadasını dərhal və qeyd-şərtsiz ləğv etməlidirlər. Münaqişədən əvvəl qüvvədə olan tam naviqasiya azadlığı rejiminə uzunmüddətli əsasda qayıtmaq lazımdır", - deyə o, "X" hesabında yazıb.

Fransa əvvəllər Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduğunu nümayiş etdirərək, "Şarl de Qoll" təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərmişdi. Makronun sözlərinə görə, bu marşrut üzrə beynəlxalq təhlükəsizlik missiyası neytral olacaq, gəmi sahiblərinin və sığortaçıların etimadını bərpa etməyə kömək edə bilər.

O, əlavə edib ki, belə bir missiyanın perspektivlərini ABŞ prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.

Xəbər lenti